Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb

Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna Bielefeld Şəhər Polis Mərəzinin Mətbuat Xidmətindən bildirilib.
Belə ki, hadisə dekabrın 31-də, axşam saatlarında Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanalardan birində qeydə alınıb.
Məlumata görə, İran və Somalidən olan iki şəxsin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bu zaman Somalidən olan şəxs tərəfləri sakitləşdirmək istəyən Azərbaycan vətəndaşı, 31 yaşlı Samir Orucova mətbəx bıçağı ilə xəsarət yetirib.
Yaralı hadisə yerinə gələn təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xəstəxanadan S.Orucovun yarasının yüngül olduğu deyilib.
Bielefeld polisindən bildirilib ki, İran və Somali vətəndaşları saxlanılıb. Onlar barəsində cinayət işi açılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












