“Anasını işdən gətirib hadisəni törədib” - VİDEO

Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub. Avtosfer.az xəbər verir ki, yanvarın 24-də 1981-ci il təvəllüdlü Emil Ağayev anası, 1959-cu il təvəllüdlü Həyat Ağayevanı bıçaqlayaraq amansızlıqla qətlə yetirib. Bildirilib ki, E.Ağayev cinayət günü həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında öz evinə qayıdan şəxs anasının iş yerinə taksi göndərərək onun evə gəlməsini xahiş edib. H. Ağayeva evə gəldikdə isə oğlu tərəfindən bıçaqlanaraq, qətlə yetirilib.
Qonşuların sözlərinə görə, Ağayevlər ailəsi məhəllədə zəhmətkeş və sakit insanlar kimi tanınıblar:
“Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Çox gözəl ailə idilər. Anası namuslu qadın olub. Emil isə namaz əhli idi. Heç kimin onlardan məhəllədə narazılığı olmayıb. Deyəsən, oğlan oboy evində işləyirdi, anası da toyuq fermasında. Zəhmətkeş qadın idi. Oğlundan savayı, qızı da var idi”.
“Özümüz də şokdayıq necə olub belə bir hadisə olub? Can deyib, can eşidirdilər. Gedib anasını işdən gətirib, sonra hadisəni törədib” , - başqa bir qonşu bildirib.
Qonşulardan bəziləri Emilin namaz əhli olduğunu bildirsə də, digərləri onun narkotik vasitə istifadəçisi olması barədə iddialar səsləndiriblər:
“Eşitmişik ki, belə şeylər edir. O yandan bu yana 12 ev var, hamısı eyni sözü demir ki...”
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
“Şamaxinka”da maşın yandı - Tıxac yarandı - FOTO - YENİLƏNİB
Yolun ortasında gəzən piyada sürücüləri təhlükə ilə üz-üzə qoydu - VİDEO
Üç rəqifə sərxoş halda barı yandırdı; 75 minlik ziyan dəydi - VİDEO
Bu ölkədə DƏHŞƏT: Tanınmış sima maşınında GÜLLƏLƏNDİ - FOTO
Təcili yardıma yol verməyən sürücünün görüntüləri yayıldı; cəzalandırıldı - VİDEO
Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Ofisant işləyən şəxs həbs edildi
Evə pəncərədən girib minlərlə dollar oğurladı; SAXLANILDI - FOTO
Bakı-Sumqayıt yolunda avtobus yanıb - AÇIQLAMA - VİDEO
Qayınata gəlinini narahat edən şəxsi "BMW" ilə əzib öldürdü - YENİLƏNİB
Bakıda təhlükəli olay: Azyaşlı binanın damında velosiped sürdü - VİDEO
Yerin üstündə matəm, altında toy-bayram - VİDEO










