Arvadı boşanmaq istədi, qayınatasının 280 minlik evini yandırdı

Bakıda qayınatasının evini yandırmaq istəyən şəxsə hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, R.Camalov (şərti) su şüşələrinə yanacaq doldurmaqla əvvəlcədən hazırladığı “molotov kokteyl”lərini Xəzər rayonunda yerləşən həyət evinin pəncərəsinə atıb. İki ədəd plastik pəncərəni, bir ədəd pəncərə torunu, evin divarını və kondisionerin mühərrikini qəsdən yandıraraq 670 manat məbləğində əmlakı məhv edib. Eləcə də, yanğını söndürmək istəyərkən qayınatası yüngül dərəcəli yanıq xəsarətləri alıb.
Ekspertiza zamanı müəyyən edilib ki, evin qiyməti 280 min manatdır. Beləliklə, R.Camalov həm də külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etməkdə ittiham edilib.
R.Camalov bu əməli həyat yoldaşı ilə qısqanclıq zəminində yaranan münaqişə nəticəsində törətdiyini bildirib. Belə ki, bir müddət öncə arvadı ondan ayrılaraq atasıgilə gedib. Camalov yoldaşı ilə danışmağa cəhd etsə də, sonuncu onunla görüşməyib. Bundan sonra R.Camalov onun qaldığı evi yandırmaq qərarına gəlib. O, ifadəsində hadisəni törədərkən məqsədinin onları qorxutmaq olduğunu, başqa niyyətinin olmadığını bildirib.
Xəzər Rayon Məhkəməsi hökmü ilə Rəşada 3 il 6 ay şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












