Banner

Arvadını güllələyən direktorun məhkəməsi qapalı keçirildi

Hadisə 14 Yanvar 2026 23:42
Arvadını güllələyən direktorun məhkəməsi qapalı keçirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan “Referans" klinikasının Mərdəkan filialının direktoru olmuş Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən qapalı prosesdə şahidlər ifadə verib.

Həmçinin ötən iclasda təqsirləndirilən şəxsin də ifadəsi qapalı iclasda alınıb.

Hakimlər heyəti prosesin qapalı keçirilməsi barədə tərəflərin vəsatəti əsasında qərar qəbul ediblər.

Növbəti proses yanvarın 28-də davam edəcək.

İttihama görə, ötən ilin iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisə “Yüksəliş” MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.

Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub.

F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.

Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi "Toyota Prado" markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.

V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib.
Bu zaman V.Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Cütlüyün 3 övladı var. F.Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar.

Vasif Kərimovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Oxunub 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh