Arvadını və qayınatasını bıçaqlayan şəxs 11 il 3 ay azadlıqdan məhrum edilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayonunda həyat yoldaşını və qayınatasını bıçaqlayan İlhamiz Cəfərovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
İlhamiz Cəfərovun yaxınlarının APA-ya verdiyi xəbərə görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 1982-ci il təvəllüdlü Cəfərov İlhamiz Araz oğlu 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il dekabrın 9-da rayonun Ümid qəsəbəsində baş verib.
Qəsəbədə məskunlaşan İlhamiz Cəfərov yaşadığı binada həyat yoldaşı 38 yaşlı Cəfərova Aynurə Azim qızına və onun atası 63 yaşlı Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.
Hadisəni törədən İlhamiz Cəfərov hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












