Astarada FACİƏ: 36 yaşlı kişi dənizdə batdı

Hadisə 20 Avqust 2026 09:09
Astarada FACİƏ:  36 yaşlı kişi dənizdə batdı
WhatsApp kanalımıza abunə olun

Astara rayonunda bir nəfər dənizdə batıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki “Bulvar” ərazisində baş verib.

İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.

Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh