Azərbaycanda nəqliyyat dəhlizləri ilə 16,6 milyon tondan çox yük daşınıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan ərazisi üzrə nəqliyyat dəhlizlərində dəmir yolu, dəniz və avtomobil nəqliyyatı ilə ümumilikdə 16 milyon 651,8 min ton yük daşınıb.
Avtosfer.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 7 milyon 587,6 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 365,2 min ton, avtomobil nəqliyyatı ilə isə 5,699 milyon ton yük daşınıb.
Nəqliyyat dəhlizlərində yük daşımalarının strukturunda dəmir yolu nəqliyyatının payı 45,6%, dəniz nəqliyyatının payı 20,2%, avtomobil nəqliyyatının payı isə 34,2% təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə yük daşımaları 6,6%, avtomobil nəqliyyatı ilə daşımalar 7,4% artıb. Dəniz nəqliyyatı ilə yük daşımalarında isə 10,3% azalma qeydə alınıb.
2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7 milyon 120,1 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 752,2 min ton, avtomobil nəqliyyatı ilə isə 5 milyon 699 min ton yük daşınıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












