Avtomobil səkidə əyləşən cütlüyü vurub keçdi - VİDEO

Səkini oturma məntəqəsinə çevirən piyadalar avtomobilin gözündən qaçmadı. Avtosfer.az xəbər verir ki, baş verən hadisə Pakistanın Lahor şəhərində cərəyan edib. Yol kamerasına anbaan düşən görüntülərdən bəlli olduğu kimi piyadalar üçün nəzərdə tutulmuş ərazidə oturacaq qoyub əyləşən cütlük bir anda qarşı tərəfdən gələn avtomobilin tam hədəfinə tutulub. İdarəetməni buraxan sürücü səkiyə çıxaraq ayaqüstə dayanan xanımı və oturan həyat yoldaşını önünə qataraq yola fırladıb. Hadisənin maraq doğuran məqamı isə qəza baş verəndən sonra vurulan piyadanın panikaya düşərək dirəkdən yapışması olub. Xanım piyada hadisə yerindəcə keçinib, avtomobilin sürücüsü isə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, faktla araşdırma zamanı sürücünün sərxoş olması və yüksək sürətlə anidən idarəetməni itirməsi müəyyən olunub.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












