Avtomobildə yanmış meyiti tapılan kişi və qadın sevgili imiş - VİDEO

2017-ci il iyulun 7-də Quba rayonu ərazisində 2 nəfərin öldürülərək meyitlərinin yandırılması hadisəsinin bəzi detalları üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl üstü açılan cinayətin qısqanclıq zəminində baş verməsi müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, Xaçmaz sakini, 28 yaşlı Osman Ömərovun rayon ərazisindəki kafedə tanış olduğu Xudat sakini, 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədova ilə münasibətləri yaranıb. Həmin vaxt 19 yaşı olan Ülviyyə bir müddət sonra Osmandan ayrılıb və işlədiyi “Sonalı göl” restoranında tanış olduğu 1984-cü il təvəllüdlü Rəhman İşıqovla münasibət qurub. Bundan sonra Osman Ömərov hər iki şəxsi öldürmək qərarına gəlib.
Bildirilir ki, qətlə yetirilən R.İşıqov Ağstafa rayonunda doğulub və orada böyüyüb. O, daha sonra Xaçmazın Müşkür kənd sakini ilə ailə həyatı qurduqdan sonra burada yaşamağa davam edib və avtomobil rəngsazı kimi fəaliyyət göstərib.
Hadisəyə gəlincə, Osman əvvəllər münasibətdə olduğu qızla məsələni aydınlaşdırmaq məqsədilə onunla görüşmək istədiyini deyib. Ülviyyə görüşə tanışı və yaxın münasibətdə olduğu Rəhmanla birgə gedib. O, 2017-ci il iyulun 6-dan 7-ə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirib. Daha sonra isə Rəhman İşıqova çoxsaylı xəsarətlər yetirərək onu da öldürüb.
Bundan sonra O.Ömərov hər iki şəxsin meyitini Rəhmana məxsus avtomobilə qoyaraq nəqliyyat vasitəsini idarə etməklə Qubanın Küpçalqışlaq kəndi ərazisində Qudyalçayın üzərindəki körpüyə gətirib. Burada o, avtomobili yandıraraq körpüdən atıb.
Qətlə yetirilmiş şəxslərin meyitləri tamamilə yandığından onlar tanınmaz hala düşüb. Lakin hadisə yerinin araşdırılması zamanı hadisənin adi qəza yox, planlaşdırılmış qətl olması üzə çıxıb.
Qeyd edək ki, toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov bu il mayın 19-da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs edilib. Araşdırmalar davam etdirilir.
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO
Polis təqib zamanı qeyri-adi hadisə ilə üzləşdi - VİDEO
Dayanacaqda avtobus gözləyən kişi qəfil vəfat etdi - VİDEO










