Avtomobili qaçırıb nömrəsini dəyişən dostlar tutuldu - FOTO - VİDEO

Göyçay Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin martın 25-i gecə saatlarında yaşadığı binanın qarşısından naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi şəhər ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb. Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxslərin əvvəllər məhkum olunmuş şəxslər - Mirqadir Həşimov və İlqar Mustafayev olduqları müəyyən olunub. Onlar tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırdıqdan sonra onun dövlət nömrə nişanını dəyişiblər və işləri ilə əlaqədar Ağdaş rayonuna gediblər. Daha sonra Göyçaya qayıdan dostlar nəqliyyat vasitəsinin akkumulyatorunu, maqnitofonunu, eləcə də digər avadanlıqlarını götürərək avtomobili tərk ediblər. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
.jpeg)
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












