Avtomobilin onu vurması üçün üzərinə qaçdı - VİDEO

Avtomobilin yaxınlaşmağını gözlədi, daha sonra özünü onun üstünə atdı.
Avtosfer.az xəbər verir ki, sosial media istifadəçiləri tərəfindən gülünc qarşılanan hadisə Rusiyanın Nijni Novqorod vilayətində qeydə alınıb. Yaşayış binalarının həyətinə quraşdırılan kameradan göründüyü kimi yol boyunca aşağı tempdə gəzən şəxs qarşıdan gələn minik avtomobili gördüyü zaman sürət həddini artıraraq onun üzərinə gedir. Nəqliyyat vasitəsin yaxınlaşdığı zaman yenidən sürət həddini azaldan “çoxbilmiş” özünü avtomobilin qarşısına ataraq yerə vurur. Sürücünün təcili tibbi yardıma zəng etməsi ilə xəstəxanaya aparılan şəxs cüzi qarın zədəsi ilə işini sağlamlaşdırıb. Həyətdə quraşdırılan kameranın mövcudluğundan xəbərsiz olan “çoxbilmiş” əməlinin qəsdən edildiyini dana bilməyib.
Belə ki, aparılan araşdırma zamanı pul qopartmaq məqsədilə özünü maşınların üstünə atan şəxsin fırıldaqlığı ilə bağlı bir neçə dəfə oxşar hadisələri törətdiyi məlum olub və o, yaxınlıqda yerləşən polis bölməsinə cəlb edilib.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












