
"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yanıb
Hadisə
3 Yanvar 2023 14:36
Oxunub 304

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus stansiyada vaqonlar yanıb.
Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ