Azərbaycan şairinin İrandakı məzarına qarşı VANDALİZM - FOTO

XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb.
Bu barədə folklorşünas alim, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil özünün sosial şəbəkə hesabında məlumat verib.
"Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər", - o qeyd edib.
Qeyd edək ki, İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir.
Həsənoğlunun azərbaycanca "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli dövrümüzə gəlib çatıb. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO














