Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanıldı - FOTO

Qanunsuz yollarla Azərbaycan sərhədindən keçmək istəyənlər müəyyən edilib.
Dövlət Sərhəd Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 10-da saat 22 radələrində “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən 2 Azərbaycan vətəndaşı, 17 yaşlı Mahmudov Rəhman Aydın oğlu və 15 yaşlı Qədirov Paşa Vüqar oğlu saxlanılıblar.
Martın 10-da saat 20:50-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu, Qvineya Respublikasının vətəndaşı Camara Moussa və Liberiya Respublikası vətəndaşı Vhyee Jr Samie Saye saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO














