Azərbaycan vətəndaşları Almaniyada federal axtarışa verilib

Almaniyada yaşamaq haqqında qanunu pozan şəxslərin işi məhkəməyə göndərilib.
Avtosfer.az xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətində möhlət hüququ ilə yaşayan şəxslərin Azərbaycana geri göndərilməsi ilə bağlı başladılan hüquqi prosedurun icrası mümkün olmayıb. Üçü bir ailənin üzvü olan 7 Azərbaycan vətəndaşı deportasiyadan yayınaraq başqa federal əyalətdə gizləniblər. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin Şimali Reyn-Vestfiliya üzrə nümayəndəliyi deportasiyadan yayınan şəxslərin saxlanılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Əyalət məhkəməsi həmin şəxslərin saxlanılması ilə bağlı qərarı təsdiqləyib. Hazırda Azərbaycan vətəndaşlarının axtarışı davam edir. Məlumat üçün bildirək ki, iyun ayının sonu Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir.(Report)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












