Azərbaycan yığmasının həkimi təyyarədə halı pisləşən sərnişini xilas etdi
Hadisə
29 Avqust 2022 19:15

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının həkimi Bakı - İstanbul aviareysində səhhəti pisləşən sərnişini xilas edib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində baş verib.
Təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib. Sərnişin həkimlərə bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənir. Təyyarə heyəti sərnişini ilkin müayinədən keçirsə də, onun səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.
Həmin təyyarədə Maltaya yarışa gedən qızlardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi çatıb. Həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib və daha sonra xəstənin halı normallaşıb.
Həkim sərnişindən təcili ürəyini kordioqramma etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra xəstə klinikaların birində həkim nəzarətinə alınıb.
Oxunub : 1322
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 09:13
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
14 Noyabr 2026 23:00
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
13 Noyabr 2026 22:29
Sumqayıtda zavodda qanlı hadisə
13 Noyabr 2026 21:59
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
13 Noyabr 2026 17:48
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
ŞƏRH YAZ












