Gədəbəydəki qətlin bəzi təfərrüatları məlum olub, saxlanılan var - YENİLƏNİB

Gədəbəy rayonunda 32 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub.
Rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Onun ölümünə səbəb olmaqda şübhəli bilinən isə həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ailənin yaşadığı evdə qeydə alınıb. Ailə kənddə sakit bir ailə kimi tanınır. Onlar kənd ərazisində hevyandarlıq və əkinlə məşğul olub.
Ailənin 3 övladı var.
Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma davam etdirilir. (report)
***
Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










