Ağstafada ər arvadını döyüb öldürdü - FOTO - FOTO

Aprelin 8-də Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Günel Məmmədovanın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, Rayon Polis Şöbəsində araşdırmalar başlanılaraq müvafiq ekspertiza təyin olunub.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, yumruq və təpiklə zərərçəkənə həyat yoldaşı Ayaz Məmmədov xəsarət yetirib. Aprel ayının 13-də G. Məmmədovanın ata evində ölməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda ölümün səbəblərinin müəyyən edilməsi istiqamətində ekspertiza təyin olunub. Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.
***
Ağstafa rayonunda ər arvadını döyərək öldürüb.
Avtosfer.az bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Ayaz Məmmədov münaqişə zəminində arvadı, rayonun Dağ Kəsəmən kənd sakini Günel Həsənovanı təpik və yumruq zərbələri ilə vuraraq döyüb. Bədəninin müxtəlif nahiyələrində ağır xəsarət almış yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Günel Həsənova bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, hadisəyə səbəb qadının ərindən aptekdən dərman almasını istəməsi olub.
Cütlüyün bir azyaşlı qız övladı var.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO














