Azərbaycanda gömrük rəisinin evinə avtomatla basqın olub

Tovuz və Ağstafa rayonlarında quldurluq əməli törətmiş dəstə üzvlərinə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qazax rayon Saloğlu kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Əliyev (bütün soyadlar şərtidir), Ağstafa şəhər sakini, 1964-cü il Araz Babayev və Qazaxın Quşçu Ayrım kənd sakini, 1980-ci il təvəllüdlü Natiq Rzayev barəsində açılmış işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə prosesində bildirilib ki, adları çəkilən şəxslər 2015-ci ildə Tovuzun Cilovdarlı və 2018-ci ildə Ağstafa şəhərində avtomatla quldurluq əməli törədiblər. Onlardan Ceyhun və Natiq daha sonra ölkəni tərk edib. Bir müddət sonra Ceyhun sərhədi qanunsuz keçdiyinə görə, Natiq isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və məhkum edilib. Bundan sonra onların daha ağır cinayətlərdə iştirak etməsi məlum olub. Belə ki, dəstə üzvləri 2015-ci ilin 21 may tarixində Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S-in Tovuzun Cilovdarlı kəndində yerləşən evinə basqın ediblər. Avtomatlı şəxslər evin xidmətçisi olan qadın vasitəsilə aldatma yolu ilə gecə saat 04 radələrində evin qapısını açdırıb mənzilə basqın ediblər. “Kalaşnikov” avtomatı ilə silahlanmış maskalı şəxslər həmin vaxt vəzifəli şəxsə və ailə üzvlərinə qarşı quldurluq edərək evdəki seyfdən 50.000 ABŞ dolları, 5 ədəd “onluq” qızıl sikkə, 2 ədəd “beşlik” qızıl sikkələri, 1 ədəd “on beşlik” qızıl sikkəni, 1 ədəd “iyirmi beşlik” qızıl sikkə və 1 ədəd “İmperial” markalı qızıl sikkəni ələ keçirərək qaçıblar.
Daha sonra dəstə üzvləri 2018-ci il 17 sentyabr tarixində Ağstafa şəhəri, 33-cü məhəllədə yaşayan iş adamı, Ağstafada aptek sahibi olan Azər Qubadovun mənzilinə avtomatla basqın ediblər. Bu hadisə zamanı evdə olan iş adamı və oğlu basqınçılara aktiv müqavimət göstərib və avtomatı Ceyhunun əlindən almağı bacarıblar. Bu zaman atəş də açılıb və xoşbəxtlikdən heç kimə güllə dəyməyib. Hadisə vaxtı Ceyhunun tutulduğunu görən dostu Araz pəncərədən qaçaraq uzaqlaşıb. Ev sahibi isə maskalı şəxsi və onun avtomatını polisə təhvil verib.
Məhkəmədə Araz və Ceyhun özlərini qeyd edilən cinayətlər üzrə qismən təqsirli bilib. Natiq isə ona şər atıldığını, quldurluq əməli törətmədiyini deyib.
İstintaq zamanı o da məlum olub ki, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S. evinə edilmiş basqından sonra cinayətin sifarişçilərini axtarıb. Bu məqsədlə o, hətta hadisənin iştirakçısı olmuş Ceyhunla da əlaqə saxlayıb və Ceyhun ona köməklik edəcəyini bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Ceyhuna 13 il 6 ay, Araz və Natiqin hər birinə 10 il 6 ay müddətinə həbs cəzası verilib.
Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO
Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü - TƏFƏRRÜATLAR
Polis əməliyyat keçirdi: İnsanları zəhərləyənlər saxlanıldı - VİDEO
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO










