Azərbaycanda kirayəşin qaldığı evi belə satdı

Sumqayıtda qeyri-adi dələduzluq hadisəsi olub.
Hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə baş verib. Xaçmaz rayon sakini olduğu deyilən Əfqan Məmmədov özünü Vətən müharibəsi qazisi kimi təqdim edərək, Sumqayıt sakini Akif Bayramovun evində kirayədə qalıb. Bu zaman o, dələduzluq planlarını həyata keçirib.
Hadisə ilə bağlı A. Bayramov özü lent.az-a danışıb. Onun sözlərinə görə, kirayəşin evdə nə var, nə yox hamısını satıb: “Təxminən 40-45 yaşlarında olan kişi özünü Vətən müharibəsi qazisi kimi təqdim edib evimdə kirayədə qaldı. Qazi olduğuna inanıb pul da almadım. Hadisələr dekabrın ortaları baş verib. Kirayəşinim adı Əfqandır. Xaçmaz rayonundan olduğunu demişdi. Deyirdi ki, Suqovuşanda döyüşüb, iki medal alıb. Biz də qazi olduğunu dediyi üçün rahatlıqla evimizi kirayəyə verdik. Yanında 25 yaşlarında bir qız da vardı. Əfqan evimin həyətindəki köhnə “Zaporodjets” markalı avtomobili kəsib-doğrayıb satıb. Həyətdəki dəmir kanalizasiya borularını, pəncərələrin karnizini, hamamdakı əşyaları götürüb satıb. Evimi də satışa qoyub. Kirayəşinim özünü ev sahibi kimi təqdim edərək, evi satdığı adamdan 1700 manat da beh alıb. İndi onunla əlaqə saxlamaq mümkün deyil, yoxa çıxıb”.
Zərərçəkmiş başına gələnlərlə bağlı polisə üz tutub. Polis Şöbəsində Əfqanın elə dələduz olduğu və bundan əvvəl 2-3 dəfə də anoloji əməllər etdiyi bildirilib.
Hazırda polis tərəfindən araşdırmalar aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












