Azərbaycanda kişi arvadının başını kəsdi, oğlunu yaraladı

Abşeron rayonunda qətl hadisəsi olub.
Abşeron Rayon Prokurorluğundan Avtosfer.az-a verilən xəbərə görə, hadisə dekabrın 18-i saat 15 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanın başını kəsərək öldürüb, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












