Azərbaycanda kişi "Niva" ilə piyadanı vurdu; meşəyə gedib özünü asdı - YENİLƏNİB

Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxs biznesmen imiş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən səhər saatlarında rayonun İspik kənd sakini olan 1987-ci il təvəllüdlü İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb. Onun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu məlum olub.
Araşdırmalar zamanı, həmçinin üzə çıxıb ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib.
Xəstəxanaya yerləşdirilmiş R.Ağayevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
***
Azərbaycanda intihar hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə martın 8-də Quba rayonunun İspik kəndində qeydə alınıb. Kənd sakini 36 yaşlı İntiqam Əlimuradov meşədə özünü asıb.
Araşdırmalar zamanı İ.Əlimuradovun intihar etməsinə yol-nəqliyyat hadisəsini törətməsi səbəb olub. Belə ki, o, martın 6-da Quba şəhəri ərazisində idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 50 yaşlı Rövşən Ağayevi vurub. Hadisədən şoka düşən İ.Əlimuradov ərazidən qaçaraq meşədə özünü asıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
lent.az
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












