Azərbaycanda körpü uçdu - İnsanlar çayı belə keçir - VİDEO

Bu dəfə də Gədəbəydə bir neçə kəndi birləşdirən körpü uçub. Çünki bir müddətdir ki, ölkə ərazisində əsasən qeyri-sabit hava şəraiti müşahidə olunur, yağıntı çoxdur, çaylarda sululuq artıb və nəticədə yararsız vəziyyətdə olan körpülər bir-bir uçur. Qubanın Təngaltı kəndindən sonra indi də analoji hal Gədəbəyin Ataxal kəndində yaşanıb. Artıq 1 aydır ki, kənd camaatı Zəyəmçay çayını necə keçir, indi görəcəksiz.
Gədəbəydə bir neçə kəndi birləşdirən körpü dağılıb. Söhbət Zəyəmçay çayının rayonun Ataxal kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən gedir. İntensiv yağıntlar çayda sululuğu artırıb, nəticədə körpü uçub. Belə vəziyyət 1 aydan çoxdur ki, davam edir. Sakinlər çox çətinlik çəkdiklərini deyirlər. Məsələ ilə bağlı Böyük Qaramurad kənd inzibati ərazi dairəsinin nümayəndəsi Cəlal Tomiyev bildirib ki, sözügedən körpünün yenidən qurulması barədə aidiyyatı üzrə rayon rəhbərliyinə məlumat verilib. Məsələ diqqət mərkəzində saxlanılır. Qeyd edilib ki, çayda suyun səviyyəsi azaldıqdan sonra cari təmirlə bağlı addım atılacaq.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












