Azərbaycanda polisə tava ilə xəsarət yetirildi

Dekabrın 19-da DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiqin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib.
Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dərhal Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəliblər. F.Quliyev nizam-intizama dəvət olunub, lakin o, polis əməkdaşlarını təhqir edib və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirib. F.Quliyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi başlanıb.
Xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












