"Azəriqaz"ın adı ilə 7000 manatlıq dələduzluq

"Azəriqaz" ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinə işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Lənkəran Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan N.Həsənzadəyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, N.Həsənzadə B.Muxtarzadə adlı vətəndaşa oğlunu "Azəriqaz" ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsində "nəzarətçilərin rəhbəri" vəzifəsinə işə düzəldəcək. Bunun müqabilində isə zərərçəkmişdən 7000 manat pul alıb. B.Muxtarxadə sonradan aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Sonradan məlum olub ki, N.Həsənzadə başqa iki nəfərə qarşı da dələduzluq edib. Məhkəmə zamanı N.Həsənzadə verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO












