Badamdar yenidən sürüşür - VİDEO

Bir ilə yaxındır ki, hər yağış yağandan sonra yolda sürüşmə aktivləşir.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın sürüşməyə meyilli ərazisi hesab edilən Badamdar qəsəbəsindən gedir. Burda bir küçədə təxminən 15-20 metr məsafədə yol sürüşür. Sakinlər deyirlər ki, sürüşmə belə davam edərsə, yol tamamilə dağılacaq. 6 metr eni olan yol hər keçən gün sürüşür. Təhlükəli vəziyyət paytaxtın Səbail rayonunda sürüşməyə meyilli ərazi olan Badamdarda yaşanır. Qəsəbənin Dostluq küçəsi 3-cü massiv adlanan ərazisində yaşayan sakinlər deyirlər ki, yolda sürüşmə 1 ilə yaxındır başlayıb. Hər dəfə yağış yağdıqdan sonra isə çökmə daha da aktivləşir. Sürüşmə zamanı yol kənarında boş torpaq sahəsinin daş hasarı da uçub. Qəsəbə sakinləri deyirlər ki, yol hər gün sürüşdüyündən ərazidə təhlükəli vəziyyət daha da artır. Əvvəllər 5-6 metr hissədə çökmə olubsa, indi yolun təxminən 15-20 metrə qədər ərazisi sürüşüb. Qeyd edək ki, təhlükəli vəziyyət yol boyu bir neçə hissədə yaşanır. Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, sabah həmin əraziyə baxış keçiriləcək. Sürüşmənin qarşısını alınması və yolda təmir işlərinin görülməsi üçün aidiyyəti qurumlara məlumat verəcəklər.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












