Bağlamadan psixotrop və güclü təsir edən maddələr aşkarlanıb - FOTO

Poçt və ekspres daşımalar gömrük postunda gömrük orqanına “dərman və siqaret” olaraq bəyan edilən bağlamaya gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a bildirilib ki, yoxlama nəticəsində xarici ölkəyə göndərilən bağlamadakı plastik qutudan 115 ədəd ağ-qəhvəyi rəngli, 60 ədəd ağ-göy rəngli kapsullar və onların arasında gizlədilmiş 1 ədəd polietilen paketdə qablaşdırılan toz halında predmet aşkar olunub.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə, 60 ədəd kapsulun tərkibində təsir maddəsinin ümumi miqdarı 3,0 qram olan tramadol, 115 ədəd kapsulun tərkibində təsir maddəsinin ümumi miqdarı 34,5 qram olan preqabalin, 1 ədəd sellofan paketdə təmiz çəkisi 0,919 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə - metamfetamin olduğu müəyyən edilib.
Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına, tramadol və preqabalin isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













