Bakı sakini 5 nəfər tərəfindən döyülüb, maşını əlindən alınıb

Fevralın 21-də saat 16 radələrində Nəsimi rayonunun C.Səlimov küçəsində bir nəfərin bir qrup şəxs tərəfindən döyülməsi və onu “Fiat” markalı avtomobillə aparmaları barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 5 nəfərin xuliqanlıq zəminində R.Mamedovu döyüb xəsarət yetirmələri, avtomobillə aparmaları və 3-cü mikrorayon ərazisində buraxmaları müəyyən olunub.
Əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinənlərdən əvvəllər məhkum olunmuş Ədalət Vəliyev və Pərviz Nəhmətov müəyyən olunaraq saxlanılıb. Şəxsiyyəti müəyyən olunan digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












