Bakıda 1 yaşlı qızını zəhərləyib öldürən qadınla bağlı YENİ XƏBƏR

1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İstintaq dövründə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin daha ağır - 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsinə tövsif olunub. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən il Bakının Suraxanı rayonunda qeydə alınıb.
Rəsmi məlumata görə, sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. (apa)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












