Arvadıyla görüş tələb edən Ağdam sakini partlatdığı qumbaranı Qarabağdan gətirib – YENİLƏNİB

Ötən gecə Sabunçu rayonu Pirşağı qəsəbəsində 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfovun törətdiyi hadisə ilə bağlı bəzi məqamlar məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə saat 03 radələrində baş verib. Belə ki, İ. Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və keçmiş arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər.
Bildirilir ki, İ. Nəcəfov işğaldan azad edilmiş ərazidə işləyib və qumbaraları da orada tapdığını deyib. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
İnsidentin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
10:22
Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq keçmiş həyat yoldaşı ilə görüş tələb edib.
Həmin şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
İ.Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












