Bakıda ağacları kəsdilər, narkoman yuvası üzə çıxdı - YENİLƏNİB - FOTO - VİDEO

Azərbaycan Tibb Universitetinin yaxınlığındakı tikili narkoman yuvasına çevrilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına ərazidən videogörüntülər göndərilib. Bildirilib ki, narkoman yuvasını təmizləmək məqsədilə ərazidə işlər aparılır. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən isə saytımıza bildirilib ki, sözügedən ərazi (təxminən 1500 kv.m torpaq sahəsi) 12 il əvvəl sökülmüş tikililərin qalıqlarından ibarət, uzun müddət baxımsız qalmış, yararsız avtomobil şinlərinin yığıldığı, məişət, inşaat və digər növ tullantıların toplandığı, səfil həyat tərzi sürən şəxslərin gecələdiyi yerə çevrilib: “Bu da qeyd olunan ərazidə antisanitar vəziyyətin yaranmasına səbəb olub. Daxil olmuş çoxsaylı şikayətləri nəzərə alaraq 10.06.2022-ci il tarixdən başlayaraq, həmin sahədən təqribən 70 kubmetr həcmində müxtəlif tullantı materialları daşınaraq zərərsizləşdirilib. Ərazidə səliqə-səhman və təmizlik yaratmaq üçün aparılan işlər zamanı xüsusi texnikanın hərəkətini məhdudlaşdıran, yabanı halda bitmiş iki ədəd Ayland kolu götürülüb. Həyata keçirilən söküntü və təmizlik işləri yekunlaşdıqdan sonra ərazidə yaşıllıq bərpa ediləcək”.
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










