Bakıda ata övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı - VİDEO

Məlumat verdiyimiz kimi, Xətai rayonu, Ramiz Quliyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, anidən başlayan yanğın fərdi yaşayış evini bürüyüb. Həmin an biri azyaşlı olmaqla evdə 3 nəfər olub. Hadisə zamanı
xəsarət alanlar olub. Ata övladını yanğından xilas etmək üçün ikinci mərtəbədən atılıb. Bu zaman onun ayağı sınıb. Bir qadının isə yanıq xəsarətləri aldığı bildirilir. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.
Qeyd edək ki, hadisə baş verən əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Ümumilikdə 60 nəfər olmaqla, 8 ədəd xüsusi texnika vasitəsilə yanğına müdaxilə edilib.
Yanğın 30 dəqiqə ərzində söndürülüb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












