Bakıda beşmərtəbəli binada yanğın - VİDEO
Hadisə
28 Avqust 2022 17:45

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, X.Abbasov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Avtosfer.az-ın xəbərinə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində vətəndaş Rüstəmova Xatirə İslam qızına məxsus üçotaqlı mənzilin eyvanında baş verdiyi və hər an mənzilə, eləcə də qonşu mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək mənzilə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində mənzilin eyvanının lambirindən ibarət üzlük hissəsi və əşyaları 3kv.m sahədə yanıb, yüksək temperaturdan eyvanın qapısı və eyvanda quraşdırılmış kombi aparatı qismən əriyib.
Mənzil yanğından mühafizə edilib.
Oxunub : 1792
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 19:10
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
29 Sentyabr 2026 17:00
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
29 Sentyabr 2026 11:53
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
29 Sentyabr 2026 10:18
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
29 Sentyabr 2026 09:48
Bakıda avtobus piyadanı vurdu
28 Sentyabr 2026 15:30
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO
28 Sentyabr 2026 13:30
Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü - VİDEO
28 Sentyabr 2026 13:00
Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO
28 Sentyabr 2026 12:00
Kürdəmirdə sürücü avtomobillə iti vurdu; sürüb qaçdı – VİDEO
28 Sentyabr 2026 08:54
Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama - FOTO - YENİLƏNİB
27 Sentyabr 2026 14:36
Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır
26 Sentyabr 2026 23:59
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
ŞƏRH YAZ












