Bakıda binada baş verən yanğın söndürüldü - YENİLƏNİB

Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
***
Binəqədi rayonunda binada baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
***
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












