Bakıda bir sıra küçə və prospektlərdə sıxlıq müşahidə olunur -SİYAHI

Hazırda paytaxtın Mikayıl Useynov prospektində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib. Bildirilib ki, agentliyin Vahid Dispetçer Xidmətinin məlumatına əsasən bu dəqiqlərdə qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 20-ə yaxın avtobus M.Usyenov prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də Neftçilər prospekti, metronun “İçəri şəhər” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb. Qeyd olunub ki, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən isə 1, 2, 13, M8, və 38 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur. Qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 15-ə yaxın avtobus Heydər Əliyev prospekti boyunca 20-30 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bu səbəbdən də, Mehdi Mehdizadə və Ağa Neymətulla küçələrində metronun “N.Nərimanov” və “28 May” stansiyaları istiqamətlərində dayanacaqlarda sərnişin sıxlığı yaranıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ













