Bakıda burun əməliyyatı keçirən qadının başına OYUN AÇDILAR

Bakıda burun estetik əməliyyatı etdirən qadına qarşı dələduzluq edilib.
Hadisə Pirallahı rayonunda eyniadlı qəsəbədə baş verib. Qəsəbə sakini S. Əliyeva “İnstagram”dan tanıdığı Hüseyn adlı şəxs tərəfindən aldadılıb. Hüseyn özünü “Reomed” klinikasının estetik həkimlərindən birinin köməkçisi kimi təqdim edib və qadın burun əməliyyatı üçün keçirilən kampaniyadan yararlanmaq qərarına gəlib. Bunun üçün “köməkçi” S. Əliyevadan 685 manat əməliyyat pulunu əvvəlcədən onlayn yolla alıb.
Bir müddət sonra S. Əliyeva həmin klinikada burun estetik əməliyyatı keçirib. Ancaq yenə pul ödəməli olub. Bu zaman qadın aldadıldığını başa düşüb və polisə müraciət edib.
Pirallahı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə dələduzluq əməlini törədən Hüseynin Sabunçu rayon Pirşağı qəsəbə sakini Kəlbihüseyn Abışov olduğu üzə çıxıb.
Zərərçəkmişə dəyən ziyan tam ödətdirilib. (lent.az)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












