Bakıda dəhşət: kişi avtomobildə dostunu doğradı - QISQANCLIQ CİNAYƏTİ

Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 19-da Şüvəlan qəsəbəsində yerləşən "Halva" restoranının qarşısında "Ford" markalı avtomobildə dostunu bıçaqlayan 1989-cu il təvəllüdlü Emil Rəsulovun məhkəməsi başa çatıb.
Nicat adlı dostunu avtomobilin sükanı arxasında 9 dəfə bıçaqlayan şəxs Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə məlum olub ki, Emil və Nicat yaxın dost olublar. 2019-cu ildə Emil Nicatla birgə avtomobilini təmir sexinə aparıb. Həmin vaxt Nicat işinin olduğunu deyərək uzaqlaşıb. Bir neçə dəqiqə sonra isə Emilin həyat yoldaşı zəng edərək Nicatın onlara gəldiyini, qapını döydüyünü bildirib. Qadının qapını açmadığını görən Nicat həmin vaxt dostunun evindən uzaqlaşıb. Bundan sonra Emil dərhal Nicatgilin evinə gedib və nə üçün ailəsini narahat etdiyini soruşub. Həmin vaxt Nicatla Emil arasındakı mübahisə aradan qaldırılıb və onlar bir-birləri ilə əlaqəni kəsiblər.
Lakin Emil həmin hadisəni unutmayıb və qısqanclıq zəminində ailədə mübahisələr yaradıb. O, həyat yoldaşından təkrar-təkrar Nicatın onların evinin qapısını niyə döyməsini soruşub və həyat yoldaşının heç bir günahının olmadığına əmin olub.
Hadisədən 3 il sonra, yəni 2022-ci ilin may ayında Emil Nicata zəng edərək onunla görüşmək istədiyini bildirib. Nicat Emilin dediyi yerə gəlib və ona məxsus "Ford" markalı avtomobilin ön oturacağına əyləşib. Emil 3 il əvvəlki hadisəni xatırladaraq Nicata "Sən mənim ailəmə sataşmaq istəmisən" deyib və bıçaqla Nicata 9 dəfə zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Hadisə vaxtı Emilin maşınında başqa şəxs də olsa da, o, sonradan cinayət məsuliyyətindən azad edilib.
Məhkəmədə zərərçəkmiş şəxs kimi ifadə verən Nicat Quliyev 2019-cu ildəki hadisə vaxtı Emilin evinə adapter götürmək üçün getdiyini və dostunun onu yanlış anladığını deyib. Emil isə Nicatın həmin vaxt onun evdə olmadığını bildiyi halda vaxt qapısını döyməsini irad tutub.
Məhkəmədə Nicat Emildən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Emil Rəsulov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (news24.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












