Bakıda atası tərəfindən bıçaqlanan iki yaşlı körpənin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Kliniki Tibbi Mərkəz Səbail rayonunda bıçaqlanan 2 yaşlı uşağın və nənəsinin vəziyyəti ilə bağlı açıqlama verib.
KTM-nin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən sonra hər üç şəxs gecə saatlarında mərkəzə gətirilib:
“2020-ci il təvəllüdlü İ.Kərimov döş qəfəsinin açıq yarası ilə xəstəxanaya daxil olub və reanimasiya yerləşdirilib. 1976-cı il təvəllüdlü Əliyeva Əmin Zakir qızı da sol əlin kəsilmiş yarası ilə daxil olub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1990-cı il təvəllüdlü Saqi Kərimov boğaz nahiyəsinə xəsarət yetirib. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib və polis əməkdaşları tərəfindən saxlanılıb”.
***
Bakıda qayınanasına və 2 yaşlı oğluna xəsarət yetirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü
İsti hava 101 nəfərin ölümünə səbəb oldu
Yanan elektromobili söndürənlərin də həyatı risk altındadır - VİDEO
Yumaq üçün təhvil aldığı maşından qızıl oğurladı; saxlanıldı - FOTO
Həmin gəmilərin vurulma anı - VİDEO
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO
Binədə yol nişanı aşırıldı; qurum hərəkətə keçdi - FOTO










