Bakıda evdə yanğın olub, 2 nəfər zəhərlənib

Bakıda yanğın zamanı 2 nəfər zəhərlənib, sakinlər təxliyə olunub.
Avtosfer.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağının tavanı 15 m² sahədə qarsalanıb. Həmçinin binanın üçüncü və dördüncü mərtəbələrində hər birinin ümumi sahəsi 50 m² olan iki mənzilin otaqlarının pəncərə çərçivələri 6 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












