Banner

Bakıda faciə: Monitor qadının üstünə aşdı – VİDEO - YENİLƏNİB

Hadisə 21 Sentyabr 2026 12:36
Bakıda faciə: Monitor qadının üstünə aşdı – VİDEO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində keçirilən tədbir zamanı monitorun qadının üzərinə aşmasını əks etdirən görüntülər yayılıb.

Avtosfer.az sözügedən qorxunc kadrları təqdim edir:

bax.tvhttps://player.bax.tv/embed/227164.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

menbe:oxu.az

***12:18

Bakı şəhəri Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində reklam lövhəsi (led-monitor) aşması nəticəsində qadın xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 20 sentyabr saat 16:10 radələrində 1968-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında sentyabrın 20-si saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə olunub.

"Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə qeyd edilib ki, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib: "Vətəndaşın vəziyyəti nəzarətdə saxlanılır və bütün lazımi tibbi tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı araşdırma aparılır".

***09:36

Bakıda Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı təhlükəli hadisə baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, İştirakçıların üzərinə iri LED ekran aşıb. Hadisə nəticəsində bir qadının ağır xəsarət aldığı bildirilir.

 

 

Oxunub : 630
ŞƏRH YAZ
Ad

E-mail

Şərh