Bakıda gənc oğlan nişanlısını qaçıran şəxsə 16 bıçaq zərbəsi vurdu

Ali Məhkəmədə xuliqanlıq və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mahsun Təhməzli barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirillib. Onun Cinayət Məcəlləsinin (CM) 221.3-ü (xuliqanlıq) maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib və həmin hissədə cinayət işi üzrə icraata xitam verilib. Məhkum üzərində ona Bakı Ağır Cinayətlər Məhkəməsinin CM-in 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təyin edilib və 7 il 10 ay 15 müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, 2002-ci il təvəllüdlü Mahsun Təhməzli Zərifə Quliyeva (şərti) ilə nişanlı olub. Lakin qız 29 noyabr 2020-ci il tarixdə uzun müddət sevgi münasibətləri olan qohumu İ.İsabalazadəyə evlənmək məqsədilə könüllü qoşulub qaçıb. Daha sonra Mahsun Zərifə ilə nişanı pozub. Oğlanla qızın bu hərəkəti ona çox pis təsir edərək bunu özünə qarşı təhqir kimi qəbul edib, namusuna, tanış və qohumları arasında nüfuzuna ləkə gətirdiyini düşünüb.
O, zərərçəkmiş İ.İsabalazadəyə qohumu vasitəsi ilə xəbər göndərməklə onu görüşə çağırıb.
Mahsun Təhməzli 17 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında, metronun “Koroğlu” stansiyasının qarşısında zərərçəkmiş şəxs ilə görüşüb. Söhbət zamanı o, İ.İsabalazadəyə ümumilikdə 16 ədəd bıçaq xəsarəti yetirib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.
Pravda.az
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










