Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçub - FOTO

Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçub.
Avtosfer.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Xətai rayonu, Araz Novruzov 34 ünvanında yeləşən binada qeydə alınıb. Belə ki, binanın bir hissəsi uçub, daşlar və qamışlar yerə tökülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərin müraciətləri əsasında əraziyə baxış keçiriblər. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, bina qəzalıdır: "Tərəfimizdən bütün əlaqədar təşkilatlara məlumat verilib. Məsələ diqqətimizdədir" P.İmanov vurğulayıb ki, Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb: “Yaxın zamanlarda qəzalı və kəskin qəzalı binaların bərpası ilə bağlı qərar veriləcək, bizdə üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik". Bina sakini Skayeva Nadejda Mixalovna bildirib ki, ikimərtəbəli, iki bloklu binada 12 ailə yaşayır. Onun sözlərinə görə, bina əvvələr Heydər Əliyev adına Neft Emalı Zavodunun işçilərinə yaşayış məqsədilə verilib: "Güclü külək sadəcə təkan olub. Bina uzun müddətdir qəzalı və təhlükəli vəziyyətdədir. Hər an üzərimizə aşa bilər". Qeyd edək ki, bina 1933-cü ildə tikilib və Xətai rayon İcra Hakimiyyətinin balansındadır.
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO
Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı - FOTO
Süni intellektlə saxta MİDA müqavilələri hazırlayıb pul yığdılar – 2 qadın həbs edildi - VİDEO
Xırdalanda asfaltı qazdılar, sakinlərə tozlu yol “hədiyyə” etdilər - VİDEO
Almaniyada vağzalda partlayış: Bir neçə nəfər xəsarət aldı














