Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb

Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Avtosfer.az -a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.Bildirilib ki, avqustun 23-ü gecə saat 3 radələrində paytaxtın Sabunçu rayonu Pirşahı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğun məlumat daxil olub.1983-cü il təvəllüdlü İntizam Nəcəfovun keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadığı evə gəlib onları öldürməklə hədələyib döyüşə hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atmasına, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partlatmasına əsaslı şübhələr müəyyən edilib.Baş vermiş hadisə ilə bağlı xəsarət alan olmayıb.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.Cinayət işi üzrə istintaq tədbirləri davam edir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












