Bakıda hündürlüyü 15 metr olan borunun aşmasının qarşısı alınıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, 38 ünvanında hündürlüyü təxminən 15 metr olan tüstü borusunun aşma təhlükəsi ilə əlaqədar məlumat daxil olub.
Bu barədə Avtosfer.az FHN-ə istinadən xəbər verir. Məlumat dərhal aidiyyəti üzrə yerli icra hakimiyyətinə ötürülüb. Bununla belə, havanın küləkli olması nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və mümkün arzuolunmaz halların qarşısının vaxtında alınması məqsədilə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri qeyd olunan ünvana cəlb olunub. Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı yaşayış evlərinin bilavasitə yaxınlığında yerləşən borunun təhlükəsizlik kəmərlərinin qırılması səbəbindən küləyin təsiri ilə hər an aşma təhlükəsinin olduğu müəyyən edilib. Qeyd olunanlar nəzərə alınaraq, ətrafda yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilməklə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi və Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşlarının nəzarəti altında Sabunçu Rayon Fövqəladə Hallar Komissiyasının qüvvələri tərəfindən borunun təhlükəsizlik kəmərlərinin bərpası və digər zəruri tədbirlərin görülməsi təmin olunmaqla, vətəndaşlar üçün yaranmış real təhlükə aradan qaldırılıb.
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib, yolda avtomobilə hücum edən 3 nəfərə həbs qərarı
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO
Bakıda sürücünün zərərsizləşdirildiyi an - VİDEO
Bakıda ŞOK cinayət - Basqın edildi - FOTO - VİDEO
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi; onlayn qumar və kazino oyunları ifşa edildi - VİDEO
Keçiddə dayanıb taksi gözləyən yaşlı kişi sürücünü çaşdırdı - VİDEO
Başı söhbətə qarışan valideynlər uşağı ölüm təhlükəsi ilə üz-üzə qoydu - VİDEO
Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi - VİDEO
Çörək daşıyan yük avtomobili yanıb - FOTO








