Bakıda intihara cəhd edən cinsi azlıq nümayəndəsi imiş - TƏFƏRRÜAT + YENİLƏNİB

“Xəstəxana binasından özünü atmağa cəhd edən şəxs şou göstərməyə çalışıb”.
3 saylı Şəhər Kliniki Xəstəxanasından Avtosfer.az-a verilən məlumata görə, intihara cəhd edən şəxs cinsi azlıq nümayəndəsi olub və sözügedən müəssisədə həyata keçirilməsi mümkün olmayan tələblər irəli sürüb: “O, xəstəxanaya müayinə və müalicə məqsədilə gəlib. Həkimlər tərəfindən zəruri müayinələr aparılıb. Lakin o, xəstəxanada prostat və babasil əməliyyatı olunmaq istədiyini bildirib. O, göndərişlə başqa xəstəxanaya yönləndirilib. Göndəriş müddəti bitdikdən sonra yenidən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gəlib və əməliyyat edilməsini tələb edib. Tibb işçiləri tərəfindən ona sözügedən əməliyyatın burada həyata keçirə bilinməyəcəyi izah edilib. Lakin həmin şəxs həkimlərə xəsarət yetirib və etiraz olaraq intihara cəhd edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun intihara cəhdinin qarşısı alınıb. Araşdırma aparılır”.
15:24
Bakının Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında qadın özünü pəncərədən atmaq istəyib.
Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Görüntülərdə gənc qızın pəncərədən düşməyə cəhd etməsi və xəstəxanadakı insanların onu xilas etməyə çalışması əks olunub. Hadisənin təfərrüatı barədə hələlik məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












