Bakıda İran vətəndaşını aldadıb 81 min manat pulunu alanların cəzaları BƏLLİ OLDU

Bakıda İran vərəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Rəşad Məmmədova hökm oxunub və o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. İttiham aktına əsasən, R.Məmmədov özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq edib. Belə ki, o, tanışı, İran vətəndaşı Eynullahi Pərviz Möhübəli və qeyrisi ilə birlikdə İran vətəndaşı Xarəzmi Əlirza Qurbanın bacısı oğlu Arzumanzadə Qulamrza Məhəmməd Əlinin barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə veriləcək cəzanı yüngülləşdirməyə kömək edəcəyi vədini verib. R.Məmmədov həmin işə görə onlardan 81 min manat pul alıb. Daha sonra verdiyi vədə əməl etməyib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












