Bakıda "KamAZ" sürücüsü avtobusun yolunu kəsib dava etdi - VİDEO

Bakıda daha bir avtobus sürücüsü döyülüb. Hadisə 163 nömrəli avtobusda qeydə alınıb. Belə ki, avtobusun qarşısını kəsən naməlum şəxs daha sonra sürücünün yanına gələrək ona xəsarət yetirib.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a bildirilib ki, insident 20.12.2021-ci il tarixində 163 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda qeydə alınıb: "Daşıyıcı "6 Dost" MMC-dən verilən məlumata görə, avtobus qaydalara uyğun hərəkətdə olan zaman KamAZ markalı avtomobil onun qarşısına çıxıb. Yük avtomobilinin sürücüsü avtobusun sürücüsünə ona yol vermədiyi üçün yumruq atıb. Nəticədə həm sərnişinlərin narahatlığına, həm də sərnişindaşıma prosesinin pozulmasına səbəb olub.
Bir daha bildirmək istərdik ki, bu kimi hallar yolverilməzdir. Avtobus ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Eyni vaxtda onlarla vətəndaş səyahət edir. Kimlərinsə şəxsi eqolarını büruzə verməsi ilk növbədə sərnişinlər, onların təhlükəsizliyi üçün risk yaradır".
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












