Bakıda kişi onun maşınını sürtən qonşusunu BIÇAQLADI

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Namiq Əliyev (ad-soyad şərtidir) verdiyi ifadəsində bildirib ki, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib:
“Qonşum Rafael Həbillayev özünün “Toyota Prius” markalı avtomobilini həmişə mənim “Nissan Sunny” markalı maşınımın yanında saxlayırdı. Bir gün avtomobilimin yanına gələndə onun ön hissəsinin zədələndiyini gördüm. Bunu Rafaelin etdiyindən şübhələndim, çünki mənim maşınıma onun avtomobilinin rəngi bulaşmışdı.
Bu barədə Rafaelə irad bildirdim, o isə əsəbiləşdi və məni təhqir etdi. Dava etməyə başladıq. Maşınımdan götürdüyüm mətbəx bıçağı ilə Rafaelə ağır xəsarətlər yetirdim”, - deyə o qeyd edib.
Rafael bıçaqlandıqdan sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qonşusunu bıçaqlamaqda təqsirləndirilən N.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
unikal
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












