Banner

Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB - VİDEO - YENİLƏNİB

Hadisə 29 Oktyabr 2026 12:11
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB  - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakının Xətai rayonunda yerləşən Gənclik parkındakı süni göl qurudulub.

Baş verən hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Avtosfer.az-a bildirilib ki, hazırda Xətai rayonu ərazisində yerləşən Gənclik parkında təmir işləri aparılmaqdadır:

"Təmir işləri çərçivəsində gölün yerləşdiyi sahədə əsaslı təmir işləri həyata keçirilir. İşlər icra edildikdən sonra hövzə yenidən su ilə təmin ediləcək".

***15:36

Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenidən su ilə doldurulacaq.

Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, hazırda ərazidə təmir və yenidənqurma işlərinə hazırlıq görülür. İşlərin yaxın zamanda başa çatdırılması nəzərdə tutulur.

Təmirin tamamlanmasından sonra su hövzəsinin əvvəlki vəziyyətinə qaytarılması parkın görünüşünün bərpasına və ərazinin sakinlər üçün daha cəlbedici istirahət məkanına çevrilməsinə imkan verəcək.

Baku.tvhttps://baku.tv/embed/281326

 

 

Oxunub : 310
ŞƏRH YAZ
Ad

E-mail

Şərh