Bakıda məşhur professora qəribə başdaşı qoyuldu - FOTO

Tanınmış filosof, ədəbiyyatşünas, professor Niyazi Mehdinin vəfatından bir il ötür. Bununla əlaqədar olaraq dostları mərhumun məzarını ziyarət edib və ziyarətdən fotolar paylaşıblar. Oradan məlum olur ki, alimin qəbirüstü götürülüb, amma bir qədər fərqli formada.
Sağlığında dünyaya, hadisələrə və bütövlükdə həyat məsələlərinə yanaşması ilə başqalarına bənzəməyən N.Mehdinin məzar daşı digərlərindən fərqlənir. Mərhum filosofun baş daşına filosofun özünün fotosu vurulmayıb. Eyni zamanda fotonun nəyi əks etdirdiyini də sezmək olmur.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a danışan mərhum professorun oğlu Toğrul Mehdi bildirib ki, Niyazi Mehdi ona məzar daşı qoyulmamasını vəsiyyət edibmiş.
Ailəsi filosofun vəsiətini nəzərə alıb, bunu pozmaq istəməyib. Amma başdaşını da fotosuz qoymayıblar.
Toğrul Mehdi başdaşında təsvir olunan rəsmi vaxtilə atasının çəkdiyini söyləyib və foto əvəzindən ondan istifadə etdiklərini deyib:

“Atamın evdə bir rəsmi var idi. Həmin rəsmin də fəlsəfi açıqlaması ondan ibarət idi ki, sanki özü-özü ilə danışır, düşünür. Bundan başqa daşın üzərində onun “İbadət düşüncələri” kitabından sitatlar da var. Özü hər zaman deyirdi ki, məzar daşı mənimçün önəmli deyil. Qoyulmasının tərəfdarı deyildi. Ona görə də düşündük ki, şəkilsiz olsun, amma nəsə fərqli bir şey edək. Ona görə də həmin o rəsmi qoymaq qərarına gəldik”.
Qeyd edək ki, Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim və baş müəllim işləyib. Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olub. Xeyli sayda kitabların müəllifidir. O, 28 fevral 2025-ci ildə Bakı şəhərində vəfat edib.
Müəllimi motosikletlə vurub günahı onun üstünə yıxmağa çalışdı – 1,7 milyon istəyir - VİDEO
Samuxda yük maşını çaya aşdı; Ölən və xəsarət alanlar var
Səkidə yıxılıb ağır xəsarətlər aldı - Şəhər rəhbərliyindən 35 milyon tələb edir
Türkiyədə taksi tətbiqində dəhşət iddiası: "Mənə toxundu, etiraz edəndə məni magistral yolda düşürdü" - VİDEO
Binəqədidə yoldakı təhlükəli çuxur sürücünü maddi ziyana saldı - VİDEO
İstinin təsirindən Eyfel qülləsi böyüdü - FOTO
Ukrayna iki şəhəri birləşdirən körpünü MƏHV ETDİ - FOTO
DSK yolunda güclü yanğın – FHN əraziyə cəlb olundu - VİDEO
Bakıda qeyri-adi hadisə: "Prius" pilləkənlərdən asılı qaldı - VİDEO
Yaşlı qadın avtomobilin qarşısına qaçdı - Sürücü son anda faciənin qarşısını aldı - VİDEO
Xırdalanda aylardır qapaqsız qalan lyuk budaq və daşlarla nişanlandı - VİDEO










